Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

O da "Space TV"dən getdi

O da

Tarix: 4 Oktyabr 2021 11:10

"Space TV"də yeni mövsümlə bağlı bir çox dəyişikliklər edilib. Yeni aparıcılarla yanaşı uzun müddətdir kanalda çalışan simaların bəziləri də yollarını ayırıblar.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, telekanalın yeni mövsüm tanıtım çarxında aparıcı Elçin Əlibəyli yer almayıb. Onun aparıcılıq etdiyi "El bizim, sirr bizim" proqramı yayımını dayandırıb.

Digər kanaldan gedən aparıcı isə Turan İbrahimov olub. O, axşam.az-a açıqlamasında xəbəri təsdiqləyib. Turan bildirib ki, heç bir kanalda çalışmayacaq:

"Öz istəyimlə işbirliyinə son qoydum. Amma tam nöqtə qoymamışam. Hələ ki, tam başqa sahədə çalışıram. Başqa gözləntilərim var. Piar sahəsində çalışmaq istəyirəm. Ola bilsin ki, televiziyadan ümumiyyətlə uzaqlaşdım".

Ötən mövsüm kanalda səhər verilişi aparan Afət Abdullayeva və Anar Cəfərov da kanalla yollarını ayırıb.

Milli.Az


Etiketlər:  O da Space TVdən getdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ