Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Oktyabr 2021 16:36
Moskva şəhəri və Moskva vilayəti polisi "Nurçular" hərəkatının fəaliyyətini ifşa edib.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, Moskvada 12 ünvanda əməliyyat keçiriblər. Həmin ünvanlardan külli miqdarda dini ədəbiyyat və dərsliklər götürülüb.
İlkin istintaq zamanı məlum olub ki, "Nurçular" mütamadi olaraq Moskvanın Vavilov küçəsində yerləşən mənzillərdən birinə yığışırmışlar. Onlar ələ aldıqları tələblərə məhz bu mənzildə dərslər keçirmişlər.
Faktla bağlı cinayət işi qaldırlıb.
Xatırladaq ki, Fətula Gülən tərəfdarlarının bu hərəkatı Rusiya Ali Məhkəməsinin 10 aprel 2008-ci il tarixli qərarı ilə ölkə ərazisindəki fəaliyyəti qadağan edilib.