Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''O müğənnilər televiziyaya çıxmamalıdırlar'' - Nailə İslamzadə

''O müğənnilər televiziyaya çıxmamalıdırlar'' - Nailə İslamzadə

Tarix: 6 Oktyabr 2021 20:20

"Mənəvi dəyərlər üzərindən necə xətt çəkmək olar? Hamı eyni ailədə böyümür, eyni dərəcədə savadlı olmur. İnsanlar müxtəlifdir. Hamını olduğu kimi qəbul edirəm. Sosial şəbəkədə doğru olmayaraq yazılan tənqidlər çoxdur. Bəzən deyirəm, niyə belə yazırlar? Amma böyük mənada xalqın gözü tərəzidir. Haqsızlıqlar da var. İndiyənə qədər öz ünvanıma mənfi rəy görməmişəm. Heç bir şərhi də silmirəm".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki,  bu sözləri Əməkdar artist Nailə İslamzadə "Ən doğrusu" verilişində deyib. Aparıcı televiziyalardan narazı olduğunun bildirib. O qedye dib ki, televiziya rəhbərləri verilişlərə və aparıcılara ciddi nəzarət etməlidir:

"Əgər tənqid çox yazılırsa, diqqət etməlidirlər ki, axı niyə yazırlar? Səhvim var ki deyrilər, niyə məni bəyənmirlər? Mən olsam bundan nətciə çıxardaram. Götür-qoy edərəm... İxtiyarımız yoxdur efirdə özümüzü istədiyimiz kimi aparaq. Düşünün ki, onun arxasından mənə kimlər baxır: akademikindən tutmuş, fəhləsinə kimi... Mənim nə ixtiyarım var ki, onların qabağında istədiyim sözü deyim?

Bəzən deyirlər şoudur, nə istəsəm edə bilərəm. Amma onun da öz yeri var. İnsanları güldürmək çətindir. Ağlatmaq asandır. Şou-proqramlarda ehtiyatlı olmaq lazımdır. Sərbəstlik olmaz. Sənin azadlığın başqasının azadlığı başlayan yerdə bitir. Onun sahəsinə girib azadlığını pozaraq davam edə bilmərəm.

Televiziyada gedən səhvlərin 90 faizi rəhbərlərin üzərindədir. Mən də bir yerdə rəhbərəm. Biz icazə verməsək nə veriliş hazırlaya, nə söz deyə, nə də video material çıxara bilərlər.  Bəzən özəl kanallar pul qazanmaq, reytinq üçün edir. Televiziyanı kazinoya çevirmək olmaz. Bura Böyük təbliğat vasitəsidir".

N.İslamzadə bayağı mahnı ifaçılarının efirə buraxılmasını pisləyib:

"Özünə hörmət edən adam başqa formada mahnı oxumaz. "Youtube"da çox sayda baxış yığa bilərlər. Amma bu düzgün musiqi, düzgün danışıq deyil. Onlar televiziyaya çıxmamalıdırlar. İstər danışıq, istər musiqi olsun televiziya tamaşaçı zövqünü formalaşdırır. Əvvəl diktorların danışığı etalon idi. Bizim nə ixtiyarımız var idi, bir hərfi səhv deyək? Bizə uşaqlar baxır, nəşə öyrənir".


Etiketlər:  müğənnilər televiziyaya çıxmamalıdırlar Nailə İslamzadə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ