Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu il 9 ayda 3 tondan artıq narkotik aşkarlanıb

Bu il 9 ayda 3 tondan artıq narkotik aşkarlanıb

Tarix: 7 Oktyabr 2021 10:10

Bu ilin 9 ayı ərazində Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan kompleks əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri nəticəsində 6420 fakt aşkarlanıb.

Milli.Az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, aşkar olunan faktlardan 2206 satış, 3763 saxlama, 393 kultivasiya-əkin və 58 digər hallar olub. Ümumillikdə 2 ton 773 kiloqram narkotik, 230 kiloqram psixotrop maddə aşkar olunaraq qanunsuz dövriyyədən çıxarılıb.

Qeyd edək ki, ötən il aşkarlanmış faktlar üzrə ümumilikdə 4 ton 41 kq-dan çox narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Milli.Az


Etiketlər:  Bu il 9 ayda 3 tondan artıq narkotik aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ