Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2021 09:25
90-cı illərin sevilən müğənnisi Eda Özülküyə ağır itki üz verib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçinin atası vəfat edib.
Sənətçi sosial şəbəkədə birgə fotolarını paylaşaraq hisslərini belə ifadə edib:
"Sən yanımda olanda heç canım ağrımadı. İlk dişim çəkiləndə qucağına oturdum, səsim çıxmadı. Əyri-üyrü avtomobil idarə edəndən də sənin səsin çıxmadı. Sənin tələbənəm. Toy günümdə göz yaşlarını gizlətmək üçün yataq otağına qaçmağın da ağlımdadır. Yaxşı, görməmişəm ağladığını. Sən həmişə güvəndin bizə".