Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransada tətbiq olunan sanitar pasport əleyhinə məhkəmə iddiası qaldırıldı

Fransada tətbiq olunan sanitar pasport əleyhinə məhkəmə iddiası qaldırıldı

Tarix: 8 Oktyabr 2021 16:26

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) sanitar pasport əleyhinə verilən 18000 "standart ərizə"ni yekdilliklə qəbuledilməz elan edib.

Milli.Az aviatravel.az-a istinadən bildirir ki, Fransa Monpelye Universitetinin hüquq professoru sanitar pasport əleyhinə yaratdığı internet saytında AHİM-ə müraciətlərin sayını artırmaq məqsədilə standart forma yaradıb. Sanitar pasport əleyhinə olan hər kəs əvvəlcədən hazırlanmış həmin formanı dolduraraq məhkəməyə göndərə bilir.

AİHM isə sanitar pasport əleyhinə olan standart formaları məhkəmə sistemini sıradan çıxarmaq kimi qiymətləndirib. Qeyd edilib ki, 18000 standart müraciət AİHM nizamnaməsinin müddəalarına cavab vermir və buna görə də araşdırıla bilməz.

Xatırladaq ki, Fransada sanitar pasportlar bu il iyun ayının 9-dan tətbiq olunmağa başlayıb. Bu qaydalar çərçivəsində iyulun 21-dən etibarən 50 nəfərə yaxın insan qəbul edən məkanlarda sanitar pasport təqdim etmək məcburidir. Bununla yanaşı, avqustun 9-dan başlayaraq fransızlar kafe, bar, restoran, ticarət mərkəzləri, qocalar evi və uzaq məsafəyə yola çıxan nəqliyyat vasitələrində də məcburi qaydada sanitar pasport təqdim etməlidirlər. Bu ölkədə sanitar pasport 18 yaşından böyük hər kəsə şamil edilir.

Milli.Az


Etiketlər:  Fransada tətbiq olunan sanitar pasport əleyhinə məhkəmə iddiası qaldırıldı


RƏYLƏR