Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Oktyabr 2021 17:38
Ərini aldadan qadın xəyanətini başa düşən oğlunun üstünə benzin tökərək yandırıb.
Sonxeber.net azxeber.com-a istinadən xəbər verir ki, Rusiyanın Kursk şəhərində yaşayan 32 yaşlı Anastasiya Baulina ərinə sevgilisi olduğunu söyləyən oğlunun üzərinə benzin tökərək yandırıb.
Xəyanətini anlayan oğlunu vəhşicəsinə öldürən qadın məhkəmədə oğlunu qorxutmaq məqsədilə belə bir hadisə törətdiyini bildirib. Anastasiya daha sonra alovları qarla söndürməyə çalışdığını iddia edib.
Ancaq qadının qızı Natalya onun yalan söylədiyini və atası Pavelin alovu söndürdüyünü söyləyib.
Natalya anasının qardaşının üstünə benzin tökdükdən sonra üç dəfə kibrit yandırdığını və qardaşını alov içində qoyub alovda yandığını izləməyə məcbur etdiyini də söyləyib.
Evə çağırılan təcili yardım maşını ilə xəstəxanaya aparılan uşaq iki gün sonra ölüb.
Araşdırma zamanı ərini aldatdığını qəbul etməyən qadının telefonunda başqası ilə əlaqəsi olduğu mesajları üzə çıxıb.
Anastasiya 15 il müddətinə azadlıqdan məhrum edilib.