Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyada yeni pandemiya yarana bilərmi?

Dünyada yeni pandemiya yarana bilərmi?

Tarix: 8 Oktyabr 2021 22:00

Gələcəkdə yeni pandemiyaya insanlardan yarasalara yayılan koronavirus səbəb ola bilər.

Sonxeber.net bildirir ki bunu ABŞ-Sinqapur Tibb Universitetinin professoru, beynəlxalq ekspert Van Linf deyib.

Əksər mütəxəssislər Sars-CoV-2 ştammının Asiyada yaşayan yarasalarda olduğunu qəbul edirlər. Tədqiqatçılar virusun insanlardan heyvanlara da keçə biləcəyini aşkarlayıblar. Məsələn, yoluxmuş bir insan meyvəni dişləsə və sonra yarasa onu yesə, infeksiya heyvanın orqanizminə daxil ola bilər.

Alimlərin qeyd etdiyi kimi, bu "kədərli ssenaridir", çünki heyvanlar heç bir xəstəlik inkişaf etdirmədən virusu daşıyır, lakin o mutasiyasiya uğramağa davam edir.

Mütəxəssis qeyd edib ki, virus hələ də mutasiya edərək X, Y və ya Z heyvanlarına ötürülə bilər. Bu mutasiya olunmuş virus X, Y, Z heyvanlarına və insanlara keçdikdə X, Y, Z ştammları ilə xəstəlik və ya Sars-CoV-3 yaranır. /medicina.az


Etiketlər:  Dünyada yeni pandemiya yarana bilərmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ