Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Müştəri maska taxmağı tələb edən mühafizəçini bıçaqlayıb

Müştəri maska taxmağı tələb edən mühafizəçini bıçaqlayıb

Tarix: 10 Oktyabr 2021 10:26

ABŞ-ın Nyu-York ştatında "App Store" mağazasının mühafizəçisi naməlum müştəri tərəfindən bir neçə dəfə bıçaq xəsarəti alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə yerli polisin açıqlamasında bildirilib.

Mühafizəçinin müştəriyə mağazaya daxil olarkən maska taxmaq xəbərdarlığı ikincinin narazılığına səbəb olub və aralarında mübahisə yaranıb.

Polisin məlumatına görə, sonradan mağazaya qayıdan naməlum müştəri "iti bir əşya" çıxarıb mühafizəçiyə bir neçə dəfə zərbə endirib. Zərərçəkən yaxınlıqdakı xəstəxanaya çatdırılıb.

Hazırda polis şübhəli şəxsi axtarır.

Milli.Az


Etiketlər:  Müştəri maska taxmağı tələb edən mühafizəçini bıçaqlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ