Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

50 manata saxta COVID-19 pasportu satan tibb işçiləri - VİDEO

50 manata saxta COVID-19 pasportu satan tibb işçiləri - VİDEO

Tarix: 10 Oktyabr 2021 13:20

Azərbaycanda saxta COVID-19 pasportu satan daha üç tibb işçisi saxlanıb.

Milli.Az xəbər verir ki, Göyçay Rayon Polis Şöbəsinə pul müqabilində bəzi vətəndaşlara vaksin olunmadan saxta COVID-19 pasportlarının verilməsi barədə məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı bu qanunsuz fəaliyyətlə məşğul olmaqda şübhəli bilinən Göyçay Rayon Mərkəzi Xəstəxanasının işçiləri- şəhər sakini H.Eyvazova, İ.Məmmədova və L.Vəliyeva saxlanılıblar.

Aparılan araşdırmalar zamanı məlum olub ki, onların qabaqcadan əlbir olaraq müraciət edən bəzi vətəndaşlara əlli, yüz manat qarşılığında vaksinasiyadan keçib peyvənd olunmalarını özündə əks etdirən saxta sənəd təqdim ediblər.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır, adı çəkilən tibb işçilərinin ümumilikdə neçə nəfərə saxta COVID-19 pasportu satmaları ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:

Milli.Az


Etiketlər:  50 manata saxta COVID 19 pasportu satan tibb işçiləri VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ