Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Oktyabr 2021 21:36
Tədqiqatçılar sinir sistemi xəstəliyi ilə kofein tərkibli qidaların qəbul edilməsi arasındakı əlaqəni geniş miqyaslı şəkildə təhlil ediblər.
Bütün dünyada alimlər qəhvə içməyin faydası və ziyanı haqqında mübahisə etməyə davam edirlər.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu sahədə növbəti irəliləyiş, Parkinson xəstəliyinin inkişafına və qəhvə və kofein tərkibli məhsulların tədqiqat sahəsinə daxil olan xəstələr tərəfindən qəbul edilməsinə toxunan bir çox digər müşahidələrin məlumatlarının meta-təhlilini aparan tədqiqatçılar tərəfindən edilib.
Alimlər müəyyən ediblər ki, müntəzəm olaraq kofein qəbul edən sağlam insanlarda, sonrakı qiymətləndirmə zamanı bu xəstəliyin inkişaf riski əhəmiyyətli dərəcədə aşağı olur.