Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İkinci əl geyimlər geyinir

İkinci əl geyimlər geyinir

Tarix: 12 Oktyabr 2021 12:35

Aktrisa Selma Ergeçin sonuncu açıqlaması maraq doğurub.

Sonxeber.net axsam.az-a istinadən xəbər verir ki, aktrisa ikinci əl geyimlər geyindiyini bildirib.

"Geyimə xidmət etmirəm, o mənə etsin. Köhnəlsə də problem deyil. Dar geyinməyi sevmirəm, sıxılıram. İkinci əl, rahat geyimlər tərcih edirəm. Təbii ki, zövq aldığım tərzlər var, amma onların həyatımda tutacaq ciddiliyi yoxdur. Mən də istəyərəm bütün günü dikdaban ayaqqabıda gəzim. Amma bədənim buna yalnız 10 dəqiqə tab gətirə bilir".

Təbiət və gələcək üçün mübarizə apardığını vurğulayan Selma ət yemədiyini deyib:

"İstifadə etdiyim yuyucu vasitələri mümkün qədər təbii tərkibli, təkrar emal olunan məhsullardan olmasına üstünlük verirəm. Heç vaxt plastik torbalardan istifadə etməmişəm. Suyu lazımsız yerə axıtmamağa və zibili növünə görə ayırıb atmağa çalışıram. Zibili yerə atanları isə heç anlamıram".

Qeyd edək ki, aktrisa hazırda "Camdaki kız" serialında Selen obrazını canlandırır.


Etiketlər:  İkinci geyimlər geyinir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ