Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Oktyabr 2021 23:20
AMD şirkəti rəsmi şəkildə təsdiqləyib ki, onun prosessorlarının performansları Windows 11 əməliyyat sistemi vasitəsilə çalışan kompüterlərdə aşağı düşüb. Microsoft-un yeni əməliyyat sistemi bütün uyğun AMD prosessorlarının performanslarını müxtəlif istifadə ssenarilərində aşağı salır. Beləliklə adi çalışma zamanı olan yüklənmələr çərçivəsində prosessorların performansları 3-5%, oyunların işə salınması zamanı isə 15% aşağı düşürlər. AMD öz növbəsində BIOS-un yeni versiyası üzərində işlərə start verildiyini elan edib və Windows 11 üçün nəzərdə tutulmuş yenilənmənin yaxın zamanda təqdim olunacağını bildirib.
Prosessorların performanslarının aşağı düşmələri probleminin aradan qaldırılması üçün nəzərdə tutulmuş AMD yenilənməsi bu ayın sonuna kimi istifadəçilərə təqdim olunmalıdır. Qeyd etmək lazımdır ki, prosessorların performanslarının aşağı düşmələri 3-cü səviyyəli keş yaddaşın işinin 3 qat ləngiməsi və Collaborative Processor Performance Control-un düzgün şəkildə çalışmaması ilə əlaqəlidir. Bu, ilk növbədə 8 nüvədən daha artığına sahib və 65 vatt-dan başlayaraq istilik ifrazı edən prosessorlara təsir göstərir. Performans düşüşü Windows 11 ilə uyöunlaşan bütün AMD prosessorlarında müşahidə edilib. Onların syahısına AMD Ryzen 3000, Ryzen 4000 və Ryzen 5000 daxildirlər. Windows 11-i dəstəkləyən bütün AMD prosessorlarının siyahısına bu linkdən baxmaq olar.