Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Keçmiş sevgilisinin 17 günlük həbsini istəyir

Keçmiş sevgilisinin 17 günlük həbsini istəyir

Tarix: 13 Oktyabr 2021 10:35

Türkiyəli aktrisa Aygün Aydın yenidən məhkəməlik olub.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, daha öncə keçmiş iş adamı sevgilisi Hakan Sabancının məhkəməyə müraciəti ilə haqqında uzaqlaşdırma qərarı alınan aktrisaya buna riayət etmədiyi üçün 3 gün həbs cəzası verilmişdi. İndi isə Aygün Aydının 17 gün həbsxanada yatması tələb olunub. Buna səbəb isə aktrisanın sosial şəbəkə vasitəsi ilə Hakan Sabancı barədə paylaşımlar etməsi olub.

A.Aydın qərara etiraz edib və özünü belə müdafiə edib:

"Paylaşımda Hakan Sabancının adı çəkilmir. Evimin qarşısında hər gün qara avtomobil dayanır. Təhlükəsizliyimdən narahatam, qararın ləğv olunmasını tələb edirəm".


Etiketlər:  Keçmiş sevgilisinin günlük həbsini istəyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ