Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran qazdığı quyuya özü düşdü

İran qazdığı quyuya özü düşdü

Tarix: 13 Oktyabr 2021 12:52

Bu gün Qərbdə müəyyən qüvvələr müsəlmanlara, türkçülüyə qarşı kampaniya aparır. Özü də bunu türk dövlətlərinə həm coğrafi, həm də diplomatik baxımdan yaxın olan dövlətlər vasitəsilə həyata keçirirlər. Son proseslər də göstərdi ki, belə dövlətlərdən biri İrandır.

Qərbdə məhz Fransa dünyanın ən radikal türk düşməni mövqeyini üç istiqamətdə həyata keçirir. 44 günlük müharibə ilə Azərbaycan ordusu erməni faşizminin belini qıraraq 30 il ərzində islamçılığa, müsəlmanlara qarşı olan ümumi vandallıq faktlarını bu gün işğaldan azad edilən ərazilərdə dağıdılan, təhqir edilən məscidlər, digər dini abidələr fonunda üzə çıxardı. İstər müharibə vaxtı, istərsə də postkonflik mərhələsində Parisin dəfələrlə açıq şəkildə İrəvana dəstəyini, işğalçı, terror dövlətinə arxa-dayaq olmağa çalışdığını gördük. Lakin Vətən müharibəsi ilə Ermənistanda psixi xəstəlik dərəcəsinə çatan, tüğyan edən azərbaycanafobiya, islamafobiya meyillərinin praktiki fəaliyyətinə ciddi zərbə vurmuş oldu. Bir müddət bu, belə də qalacaq kimi görünür.

Lakin bundan sonra Cənubi Qafqazda Azərbaycana, Türkiyəyə mane olan başqa bir qüvvə ortaya çıxdı. Bu, İran faktorudur. II Qarabağ müharibəsi ilə Cənubi Qafqazdakı nüfuzuna ciddi zərbə vurulduğunu hiss edən, Türkiyənin regiona gəlişini həzm edə bilməyən rəsmi Tehran açıq şəkildə Azərbaycana güc nümayişindən, hədə-qorxu gəlməkdən çəkinmədi. Proseslərin bu cür axarı Qərbə türkəfobiya, azərbaycanafobiya, islamafobiya meyillərini alovlandırmaq üçün yeni fürsət açdı. Zatən Ermənistan "din qardaşı" olmağımıza rəğmən işğalçı Ermənistana istər müharibə zamanı, istərsə də müharibədən sonra daim dəstəyini nümayiş etdirib, İrəvanın müharibənin ağır nəticələrini tez bir zamanda aradan qaldırmaq, Qarabağın münaqişə ocağı kimi qalması üçün əlindən gələni edib. Bunu fürsət bilən Qərb dairələri bu dəfə erməni faktorunu farslarla əvəz edir. Və getdikcə bu təzyiqlərin İran üzərindən Azərbaycana qarşı, Yunanıstan üzərindən Türkiyəyə qarşı artdığının da şahidiyik. Lakin Azərbaycan diplomatiyasının ayıq-sayıqlığı, çevik reaksiyası İran kartını fiasko ilə üzbəüz qoyub desək yanılmarıq.

Ən çox da Qərbi Zəngəzurun tezliklə İran və Ermənistan arasında sədd olacağından narahat olan Tehran, erməni dövləti ilə aralarında türk xəttinin olacağından çəkinir. Bu səbəblə əslində Azərbaycanla sərhədboyu irimiqyaslı hərbi təlimləri fonunda Tehranın güc nümayişi, təzyiqləri eyni zamanda "sionist və terrorçu" məsələsindən daha çox Türkiyəyə qarşı hesablanmış bir addımdır.

Lakin İsrail Tehranın gözüçıxdısına çox da səssiz qalmaq fikrində deyil. İsrail Baş naziri Naftali Bennettin oktyabrın 22-də Soçiyə səfər edərək burada Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyi gözlənilir. Çox güman ki, bu görüşdə böyük mənada İranın nüvə silahlanmasını müzakirə ediləcək məsələlər sırasında birinci sırada dayanacaq. Sirr deyil ki, ABŞ və Qərbin sanksiyalarına baxmayaraq İranın ölkədə uranı zənginləşdirməsi, daha dəqiq desək nüvə silahı əldə etməkdə israr etməsi İsraili ciddi narahat edir. Tehran İsraili özünə məhz buna görə potensial düşmən ölkə olaraq görür. Yəni rəsmi Tehranın İsrail düşmənçiliyinin islam dini ilə heç bir bağlılığı yoxdur. İran tərəfi Təl-Əvivin onun nüvə silahı əldə etmə yolunda maneələr törətməsi səbəbindən bu ölkəni düşmən hesab edir. Naftali Bennettin Abdullahianın Moskva səfərindən fərqli olaraq bu məsələdə Putindən dolayısı da olsa dəstək alacaq. Çünki İranın nüvə silahı əldə etməsi Kremlin də ürəyincə deyil. 

İranla İsrail arasında Qazaxıstanda keçirilən siyada Qarşılıqlı Fəaliyyət və Etimad Məsələləri Forumunun (CİCA) 6-cı toplantısı zamanı baş verən gərginlik (27 ölkənin üzv olduğu bu forum zamanı İsrailin Turizm Nazirliyinin yaydığı məlumatda bildirilir ki, İsrailin nümayəndəsi, turizm naziri Konstantin Razvozov çıxış edərkən İranın nümayəndəsi Əlirza Həqiqan iclası nümayişkaranə şəkildə tərk edib - red) bu cəbhədə qarşıdurmanın hərbi toqquşmalar səviyyəsinə çatmaq ehtimalının mümkünlüyündən xəbər verir. Proseslərin bu cür cərəyanı isə türkü, Azərbaycanı özünə rəqib görən qüvvələrin başını qatmış olacaq. Bəlkə də müəyyən bir müddətdən sonra Türkiyənin və Azərbaycanın İranın hər hansı bir təhdidinə, güc nümayişinə cavab verməsinə belə ehtiyac qalmayacaq. 

Lakin çox təəssüf ki, türkə düşmənçilik edənlər bitmir. Artıq Qərbin Türkiyəyə təzyiq vasitəsi olan Yunanıstan kəskin şəkildə silahlandırılır. Yunanıstan  olmayan pulları ilə silah alır. Görünən odur ki, Afina konkret olaraq türk düşmənliyinə dair korporativləşir. Fransa isə bundan ən yaxşı istifadə edən tərəf kimi gözə dəyir.

Təhməz Əsədov


Etiketlər:  İran qazdığı quyuya özü düşdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ