Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İşğaldan azad olunmuş ərazilərdə avtomat hidroloji stansiyalar qurulacaq - VİDEO

İşğaldan azad olunmuş ərazilərdə avtomat hidroloji stansiyalar qurulacaq - VİDEO

Tarix: 13 Oktyabr 2021 13:36

''İşğaldan azad olunmuş ərazilərdə bu il ondan artıq avtomat hidroloji stansiya qurulacaq''.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, bunu Bakıda keçirilən "1-ci Alman-Azərbaycan Dayanıqlılıq Forumu 2021" tədbirində çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev deyib.

Nazir müavini əlavə edib ki, işğaldan azad olunmuş ərazilərində su ehtiyatlarının bərpası istiqamətində mühüm işlər həyata keçirilir, ərazidəki su obyektlərinin səmərəli istifadəsi və mühafizəsi üzrə dövlət nəzarəti təşkil edilir.

Nazir müavini daha sonra ölkənin mineral su ehtiyatları haqda danışıb. Qeyd edib ki, mineral su ehtiyatlarının təxminən 40%-i Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında yerləşir.

O əlavə edib ki, həmin ərazilərdə 14 əsas çay, 9 su anbarı, bir neçə böyük göl və təbii mineral bulaqlar yerləşir. Buradakı zəngin yerüstü və yeraltı su ehtiyatlarından həm əhalinin içməli su ilə təminatında, həm də kənd təsərrüfatının inkişafı və elektrik enerjisi istehsalı üçün böyük istifadə potensialı var.

Rauf Hacıyev onu da qeyd edib ki, "Su ehtiyatlarından səmərəli istifadəyə dair milli strategiya" hazırlanıb. Planda ölkədə gələcək illər üçün su ehtiyatlarının qiymətləndirilməsi, mühafizəsi, su təsərrüfatının elektronlaşdırılması, alternativ mənbələrdən istifadə edilməsi ilə bağlı tədbirlər nəzərdə tutulur.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  İşğaldan azad olunmuş ərazilərdə avtomat hidroloji stansiyalar qurulacaq VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ