Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Oktyabr 2021 16:02
Rusiyanın Sankt-Peterburq şəhər polisi azərbaycanlılara məxsus gizli sexi aşkarlayıblar.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, sexdə saxta alkoqol istehsal edilirmiş.
İlkin araşdırma zamanı məlum olub ki, sexdə sutka ərzində 500 litrə yaxın müxtəlif alkoqollu içlər realizə edilib satışa çıxarılırmış.
Polisə ifadə verən 37 yaşlı azərbaycanlı bildirib ki, sexdə araq, viski, brendi kimi alkoqollu içkiləri bağlayıb sonra xüsusi mağazalara verirmişlər. O, Peterburqa Azərbaycandan gəldiyini, başqa iş bacarmadığını da bildirib. Rus dilini pis bilən bu şəxs onu bildirib ki, əvvəl çəndə spirtlə suyu qarışdırır, sonra xüsusi şlabqla şüşələrə doldururmuş. Bundan sonra rəngli printerdən hazırlanmış etiketləri şüşələrə yapışdırırmış. O, törətdiyi əməldən utanmadığını xüsusi vurğulayıb: "Niyə utanım ki, bu mənim işimdir", - deyə o qeyd edib.