Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Oğluma heç vaxt icazə vermərəm müğənni olsun'' - Zamiq

''Oğluma heç vaxt icazə vermərəm müğənni olsun'' - Zamiq

Tarix: 13 Oktyabr 2021 20:45

Müğənni Zamiq Hüseynov övladı ilə bağlı açıqlamasıyla müzakirələrə səbəb olub.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, sənətçi oğlunun müğənni olmasına qarşı çıxacağını deyib. Bu haqda "Həmin Zaur" proqramında danışan ifaçı bunun səbəbini açıqlayıb:

"Heç vaxt... Hansı sahəni seçir seçsin müğənni, musiqiçi olmasın. Demirəm pisdir, ən yaxşı sənətdir. Çox xoşbəxtəm ki, musiqiyə xidmət edirəm. Amma yaşadığım çətinliklər gözümün önündən keçir, istəmirəm oğlum da onları görsün.

Ancaq musiqi qanında var. 2 yaşı var, notları dəqiq tutur. Hərdən istəyirəm tutub dişləyim ki, bu notları haradan öyrənmisən?".


Etiketlər:  Oğluma heç vaxt icazə vermərəm müğənni olsun Zamiq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ