Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Avqust 2019 16:24
Bakı. Ceyhun Ələkbərov - Trend:
Bakıda güclü yanğın başlayıb.
Trend-in məlumatına görə, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektindən üzü "Baksol" yolu istiqamətində taxta bazarında qeydə alınıb. Hazırda yanğın olan əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub.
Yanğın güclü olduğundan şəhərin müxtəlif yerlərindən onu görmək mümkündür.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin