Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2021 12:22
İki nəvəsinin anası, qırğız əsilli Ayat Adsızı Tekirdağda bıçaqlayaraq öldürən Fehmi Adsız saxlanıldıqdan sonra etdiyi etiraflar qan dondurur.
Sonxeber.net. haberler.com-a istinadən xəbər verir ki, nəvələrimi işgəncələrdən xilas etmək üçün gəlinini öldürdüyünü iddia edən 65 yaşlı "düşündüm ki, cəsədi məhv etsəm, ondan qurtula bilərəm. Baltanı götürüb onun ayağını diz qapağından və qolundan ayırdım. Sonra zibil torbasına qoydum. Arvadım gəlməsəydi, götürüb atardım. Çox üzr istəyirəm" deyib. Dəhşətli hadisə zamanı Ayat Adsızın həyat yoldaşı T. Adsızın çöldə işlədiyi də bəlli olub.
Anar Əli