Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Oktyabr 2021 19:06
Azərbaycan millisinin hücumçusu Mahir Emreli "Legiya" klubuna qayıdıb məşqlərə qoşulması ilə bağlı paylaşım edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, forvard Tvitter hesabında paylaşdığı fotosuna "Kimsə mənə istirahət gününün nə olduğunu izah edə bilər?" deyə şərh yazıb.
Qeyde edək ki, ilk koronavirus testi müsbət çıxan M.Emreli DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə oyunu buraxıb. Ancaq onun sonrakı iki testi mənfi çıxıb. Bu səbəbdən karantinə ehtiyac qalmayıb. Emreli Polşa çempionatının növbəti turunda keçiriləcək "Lex"lə görüşdə iştirak edə biləcək.