Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mədə mikrobu hansı fəsadlara yol aça bilər?

Mədə mikrobu hansı fəsadlara yol aça bilər?

Tarix: 14 Oktyabr 2021 22:15

Bilin və agah olun ki, dünyada yaşayan insanların 50%-i Helicobakter Pilori deyilən mədə bakteriyasının daşıyıcısıdır. Bəzi insanlarda bu simptomsuz getsə də bəzilərində ciddi xəstəliklərə səbəb olur.

H.Piloriyə yoluxan insanlarda sıx rast gəlinən simptomlar bunlardır:

- epiqastral hissədə ağrı,

- yanma hissi,

- köp,

- qıcqırma,

- gəyirmə,

- ürəkbulanma,

- qusma,

- nəcisin rənginin tündləşməsi və s.

H.Pilori ilə əlaqəli xəstəliklər:

- A və B tip Qastritlər

- Mədə və 12 barmaq bağırsaq yarası

- Gastroezofaqeal reflüks xəstəliyi

- Mədə xərçəngi

- Gastrik limfoma

- Dispepsiya

H.Pilori qram (-) ,hərəkətli və spiralşəkilli bakteriyadır. Fekal-oral yolla yoluxur  (yediyimiz qidalardan, sudan, qab-qacaqdan və s.).

H.Pilorinin diaqnostikasında bir neçe metodlar var:

Bunlardan qisa zamanda neticə verən, ucuz maddiyyat tələb edən, dəqiq və spesifik üsul "Ureaz testi"-dir. Eyni zamanda xəstə həm endoskopik müayinə olunur, həm də mədə bakteriyası yoxlanılır.

H.Pilori zamanında aşkar olunub aradan qaldırılmazsa aşağıdakı ardıcıllıqla xəstəlik inkişaf ede bilər:

Səthi qastrit → Atrofik qastrit → İntestinal Metaplaziya → Mədə xərçəngi

Digər xəstəliklər kimi H.Pilori də zamanında aşkar olunarsa konservativ müalicə ilə aradan qaldırılması mümkündür.

Dr.Terlan Qasımov

Milli.Az


Etiketlər:  Mədə mikrobu hansı fəsadlara aça bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ