Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tokioda Azərbaycan cüdoçuları ilə görüş olub (FOTO)

Tokioda Azərbaycan cüdoçuları ilə görüş olub (FOTO)

Tarix: 22 Avqust 2019 18:24

Bakı. Trend:

Yaponiyanın paytaxtı Tokio şəhərində Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Sadıq Sadıqov 3 gündən sonra start götürəcək dünya çempionatı ərəfəsində milli komanda üzvləri ilə görüşüb.

Trend-in məlumatına görə, əvvəlcə kişilərdən ibarət yığmanın baş məşqçisi Ruslan Maşurenko və onun qadın millisindəki həmkarı Rəşad Məmmədov nüfuzlu yarışa hazırlıq barədə məlumat veriblər. Onlar müxtəlif ölkələrdə yüksək səviyyədə təlim-məşq toplanışları keçdiklərini və ayrı-ayrı turnirlərdə medallar qazandıqlarını diqqətə çatdırıblar.

Hər iki mütəxəssis, həmçinin millimi üzvləri mundialda layiqli nəticələr göstərmək üçün əllərindən gələni edəcəklərini vurğulayıblar. Öz növbəsində, SşSadıqov dövlət səviyyəsində idmana, o cümlədən, cüdoya göstərilən qayğını xüsusi vurğulayıb. O, federasiya rəhbərliyi adından cüdoçulara dünya çempionatında uğurlar arzulayıb.

Qeyd edək ki, cüdo üzrə dünya çempionatı avqustun 25-dən sentyabrın 1-dək Tokio şəhərində keçiriləcək. 2020-ci il Tokio Yay Olimpiya Oyunları öncəsi son mundialda 148 ölkənin cüdoçuları mübarizə aparacaq. Azərbaycanı bu nüfuzlu yarışda 15 cüdoçu (8 kişi, 7 qadın) təmsil edəcək.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Tokioda Azərbaycan cüdoçuları ilə görüş olub (FOTO) Tokioda Azərbaycan cüdoçuları ilə görüş olub (FOTO) Tokioda Azərbaycan cüdoçuları ilə görüş olub (FOTO) Tokioda Azərbaycan cüdoçuları ilə görüş olub (FOTO) Tokioda Azərbaycan cüdoçuları ilə görüş olub (FOTO) Tokioda Azərbaycan cüdoçuları ilə görüş olub (FOTO)


Etiketlər:  Tokioda Azərbaycan cüdoçuları ilə görüş olub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ