Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bill Klinton xəstəxanaya yerləşdirildi

Bill Klinton xəstəxanaya yerləşdirildi

Tarix: 15 Oktyabr 2021 13:18

ABŞ-ın keçmiş prezidenti Bill Klinton xəstəxanaya yerləşdirilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 1993-2001-ci illərdə ABŞ-ın 42-ci prezident olan Klintonun qanında infeksiya aşkarlanıb.

Keçmiş prezidentin səhhəti ilə bağlı açıqlama verən həkimlər bildirib ki, iki günlük müalicədən sonra onun səhhəti artıq yaxşılaşır. Bir neçə gündən sonra Klintonun evə buraxılacağı gözlənilir.

Həkimlərin bildirdiyinə görə, xəstəliyin COVID-19 virusu ilə heç bir əlaqəsi yoxdu və bu yaş qrupundan olan insanlarda belə hallara tez-tez rast gəlinir.

Qeyd edək ki, Bill Klinton 2004-cü ildə ürək əməliyyatı keçirib.

Milli.Az


Etiketlər:  Bill Klinton xəstəxanaya yerləşdirildi


RƏYLƏR