Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Oktyabr 2021 22:27
Antidepressant dərmanlar depressiyada olan,nevroz və panik ataklı xəstələrə təyin edilir.
Həkim dietoloq Vyaçeslav Sirajanov antidepressant təsirli effektiv qidaları açıqlayıb.
Belə problemi olanlar bu kimi qidaları hər gün yeməlidir ki, vəziyyətləri düzəlsin.
Sonxeber.net medicina.az-a istinadən həmin ərzaqları təqdim edir:
Yağlı ət, yağlı balıq, dəniz kələmi, acı bibər, qoz, badam, banan, toyuq əti.
Həkimin sözlərinə görə, istənilən ət tirozin aminturşusu ilə zəngindir, o, dofamini artırır. Bu da əhvalı yaxşılaşdırır, yaddaşı və diqqəti aktivləşdirir.
Eləcə də ət B 12 vitamini mənbəyidir. B 12 az olduqda depressiya və yuxusuzluq olur.
Forel, skumbriya, semqa, tuns, losos kimi balıqlarda isə Omeqa 2 turşuları var.
Dəniz kələmində B qrup vitaminləri olur, o böyrəküstü vəzilərin işini, adrenalini tənzimləyir.
Banan isə eyforiya həzzi gətirir.
Qırmızı acı bibər endorfin hasilini artırır, ağrılar azalır, əhval yaxşılaşır.
Beynin depressiyaya sinə gərməsi üçün Omeqa 3 və 6 lazımdır. Eləcə də triptofan tərkibli qidalar yeyilməlidir.