Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2021 09:18
Azərbaycan Xarici İşlər Nazirliyi Gəncənin Ermənistan tərəfindən ballistik raket atəşinə tutulmasının ildönümü ilə bağlı paylaşım edib.
Sonxeber.net bildirir ki, Nazirliyin öz "Twitter" səhifəsində edilən paylaşımda bildirilib:
"Bu gün Ermənistanın Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutaraq, azərbaycanlı mülki əhaliyə qarşı törətdiyi növbəti insanlıq əleyhinə cinayətdən 1 il ötür".