Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Oktyabr 2021 10:00
Bakının bir hissəsində içməli su təminatında fasilə yaranacaq.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Sonxeber.net-a bildirib ki, buna səbəb magistral su xəttində aparılan təmir işləri ilə əlaqədardır.
Bu məqsədlə 17 oktyabr 2021-ci il tarixində gün ərzində Tbilisi prospekti, Akademik Həsən Əliyev və Nəsib bəy Yusifbəyli küçələrinə içməli suyun verilməsində məhdudiyyət olacaq.