Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bill Klinton xəstəxanadan evə buraxılıb

Bill Klinton xəstəxanadan evə buraxılıb

Tarix: 17 Oktyabr 2021 21:30

ABŞ-ın keçmiş prezidenti Bill Klinton bazar günü "UC Irvine" Tibb Mərkəzindən evə buraxılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Klintonun sözçüsü Angel Urenya "Twitter" səhifəsində yazıb.

O, əlavə edib ki, hazırda keçmiş prezidentin səhhəti normaldır. Klinton müalicəsini Nyu-Yorkdakı evinə davam etdirəcək.

Xatırladaq ki, ABŞ-ın 1993-2001 -ci illərdə 42-ci prezidenti olmuş Bill Klinton oktyabrın 12-də sidik yolu infeksiyasının səbəb olduğu güman edilən sepsis diaqnozu ilə Kaliforniya ştatında xəstəxanaya yerləşdirilib.

Milli.Az


Etiketlər:  Bill Klinton xəstəxanadan evə buraxılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ