Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Oktyabr 2021 22:36
Bu gecədən etibarən Facebook adını dəyişərək "Meta" olacaq.
Sonxeber.net bildirir ki, Facebook-un sahibi və icraçı direktoru Mark Skerberk bunu şirkətin rebrendiniqin təqdimatında deyib.
Beləliklə, şirkət Facebook-un sadəcə sosial şəbəkə yox, həm də WhatsApp, Instagram, Oculus və digər aktivlərin sahibi olduğunu göstərmək niyyətindədir.
İyul ayında Facebook bəyan etmişdi ki, virtual (VR) və əlavə olunmuş (AR) reallıqlar çərçivəsində layihələrlə məşğul olan "Facebook Reality Labs" üçün "metakainat" yaradacaq komandaya mütəxəsisslər yığır.
Faceboou-un AR və VR texnologiyaları departamentinin rəhbəri, vitse-prezident Endryu Bosvortun dediyinə görə, rəqəmsal dünyalar toplusu olacaq metakainat artıq indi var: "Onun müəyyənedici xüsusiyyəti insanın rəqəmsal məkanda yanında olduğunu hiss etməkdir".