Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bədənindən cin çıxaracağam'' deyib 13 yaşlı qıza təcavüz etdi

''Bədənindən cin çıxaracağam'' deyib 13 yaşlı qıza təcavüz etdi

Tarix: 29 Oktyabr 2021 01:34

Tuzlada (Türkiyə) 13 yaşlı şagirdinə "dua oxuyub şeytanı bədənindən çıxaracağam" deyərək təcavüz edən ingilis dili müəllimi B.A.E.-yə 16 il həbs cəzası verilib.

Sonxeber.net  haberler.com-a istinadən xəbər verir ki, iki il əvvəl Tuzlada baş verən hadisədə 9-cu sinif şagirdi E.M.U. ingilis dili müəllimi B.A.E.-nin evinə gedib. Oğlana 50 lirə pul vermək istədiyini deyən B.A.E "Bu pulu sənə keşiş göndərib" deyib. Xristianlıqla bağlı nağıllar danışan, dua edib cin çıxaracağını deyən B.A.E. gözü qara parça ilə bağlı olan oğlandan soyunmasını istəyib. O, dua edərək "şeytanlar çıxacaq" deyib və ona təcavüz edib. 13 yaşlı E.M.U. yaşadığı dəhşətli hadisəni anasına "Dünən gecə çox pis bir şey oldu. B.A.E. mənə çox pislik etdi" deyərək ağlamağa başlayıb. Şikayət əsasında da müəllim həbs edilib.

Anar Əli


Etiketlər:  Bədənindən çıxaracağam deyib yaşlı qıza təcavüz etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ