Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2021 12:00
Türkiyənin ən çox izlənilən seriallarından biri olan "Kırmızı oda"ya yeni sima gəlib.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, müğənni-aktyor Emre Altuğ da serialın komandasına qatılıb.
O, çəkiliş meydançasından foto paylaşaraq izləyicilərinə yeni layihənin xəbərini verib.
Qeyd edək ki, serial psixoloq-yazar Gülşen Budayıcıoğlunun "Madalyonun içi" kitabı əsasında çəkilir. Ekran işinin əsas obrazını isə Binnur Kaya canlandırır.