Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Belə təklifləri qəbul etsəydim, indi evimin qabağında qarajım var idi'' - Vəfa Babayeva

''Belə təklifləri qəbul etsəydim, indi evimin qabağında qarajım var idi'' -  Vəfa Babayeva

Tarix: 29 Oktyabr 2021 14:00

Sonxeber.net aktrisa Vəfa Babayeva (Zülfüqar) ilə müsahibəni təqdim edir:

Son vaxtlar film sektoruna ciddi sayda model axınının şahidiyik. Bir modelə xarici görünüşü aktrisanı əvəz etmək üçün yetərlidirmi?

- Son illər çəkilən seriallarımızda aktrisaların seçimində bəzən doğru seçim olur, bəzən olmur. Modelləri biz soyuq biri kimi qəbul etmişik hər zaman. Yəni modeldir, çıxır podiuma, ifadəsiz üz, gedir-gəlir. Lakin bəzən də baxırıq ki, o, podiumda gördüyümüz model bir başqa yerdə çəkilir, öhdəsindən çox gözəl gəlir. Model təbii ki, aktrisanın edəcəyini edə bilməz. Düzdür, aktrisa olmaq istedad məsələsidir, amma bunun da bir məktəbi var. Istedadın varsa yalnız o qədər aktrisa ola bilərsən, amma bir işin dərinliyini öyrəndiyin zaman o istedada yeni-yeni nələrsə qata bilərsən.

- Bir filmdən qazandığınız qonorarla neçə gün dolanmaq olur? Qazanc qane edirmi?

- Düzü bu vaxta kimi çəkildiyim filmlərdən aldığım qonorar elə də qane etməyib. Son vaxtlar filmlərə çəkilmədiyim üçün indi qonorarlar nə qədərdir deyə bilmərəm.

- Bahalı maşın sürmək üçün istedadlı olmaq kifayətdir?

- Bahalı maşın sürmək üçün arxanda bir "köməyin" olmalıdır (gülür). Biz hələ Türkiyə deyilik ki, bir-iki filmə çəkliən kimi bahalı - 150, 200 minlik maşınlar sürək. Yəni arxanda o maşını sənə almaq üçün köməkçin olmalıdır ki, deyəsən ki, mən bu maşını istəyirəm, mənə bunu al.

- Söhbət "həci"lərdən gedir?

- İndi belələrinə "həci" deyirlər (gülür) artıq? Türklərin bir sözü var, görünən kənd bələdçi istəmir. Mən belə təklifləri qəbul etsəydim, indi evimin qabağında qarajım var idi.

- O maşınlardan almaq istəyən adamın subay və yaraşıqlı olması şərtdir?

- Bəziləri üçün bu heç şərt belə deyil. Mənim üçün bunların heç biri maraqlı deyil, mənim həyatımda olan insanın ilk öncə insanlığı önəmlidir. Pul elə bir şeydir ki, onu hər zaman qazana bilərsən və mənim maşın almağım üçün belə bir yola ehtiyacım yoxdur.

 

Qeyd edək ki, Vəfa Bakı Bələdiyyə Teatrının aktrisası, əməkdar artist Firəngiz Babayevanın qızıdır.

Məhəmməd Vaqif


Etiketlər:  Belə təklifləri qəbul etsəydim indi evimin qabağında qarajım Vəfa Babayeva


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ