Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Oktyabr 2021 22:26
2021-ci ilin yanvar-sentyabr aylarında Rusiyadan Türkiyəyə 3,5 milyona yaxın turist gəlib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Rusiya turizm operatorları Assosiasiyası Türkiyənin mədəniyyət və turizm Nazirliyinə istinadla məlumat yayıb.
Məlumata görə, sərhəd xidmətləri ilin doqquz ayında 3 456 859 Rusiya vətəndaşının Türkiyəyə səfərini qeydə alıb. Bu, 2020-ci ilin eyni dövrünə nisbətən 143,2 faiz çoxdur. Lakin pandemiyaya qədərki analoji dövr ilə müqayisədə turizm axında 41,4 faiz azalma var.
Assosiasiyadan bildiriblər ki, bu il Türkiyəyə ən çox turist Rusiyadan gəlib. Ölkəyə turizm axınında Rusiyanın payı 19,65 faiz təşkil edib. Proqnozlara görə, bütövlükdə il ərzində Türkiyəyə 4-4,5 milyon rusiyalının gələcəyi gözlənilir.