Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Oktyabr 2021 06:16
İyul-sentyabr aylarında Apple-ın gəliri illik müqayisədə 29% artaraq 83,4 milyard dollara çatıb. Gözləntilər şirkətin gəlirinin 84,7 milyard dollar idi.
Sonxeber.net fins.az-a istinadən bildirir ki, ABŞ-ın texnologiya nəhənglərindən olan Apple-ın iyul-sentyabr dövründə əldə etdiyi gəlir illik 29% artımla 83,4 milyard dollara çatmasına baxmayaraq, bazar gözləntilərini qarşılaya bilməyib.
Apple iyul-sentyabr ayları üçün balans hesabatını açıqlayıb.
Bloomberg-in sorğusuna görə 84,7 milyard dollar gəlir gözlənilirdi. Ötən ilin eyni dövründə şirkətin gəliri 64,7 milyard dollar olub.
Ötən ilin eyni dövründə 12,7 milyard dollar olan şirkətin xalis mənfəəti 62,2% artaraq 20,6 milyard dollar olub. Şirkətin səhm üzrə qazancı bu müddət ərzində 0,73 dollardan 1,24 dollara yüksəlib.