Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sudanda insanlar yürüş keçirərək mülki hakimiyyətin bərpasını tələb edir

Sudanda insanlar yürüş keçirərək mülki  hakimiyyətin bərpasını tələb edir

Tarix: 30 Oktyabr 2021 19:10

Şəndə günü Sudanda etirazçılar küçələrə axışaraq mülki hökumətin bərpasını tələb ediblər. Məhəllə komitələri və digər fəallar şənbə günü "milyonların yürüşü"nü "Get" şüarı altında təşkil ediblər.

Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quttereşin xüsusi nümayəndəsi Volker Perts cümə günü bəyanatında bildirib ki, o, Konstitusiya Sənədinə uyğun olan siyasi həll yolunu tapmağa yardım etmək üçün bütün tərəflərlə daimi əlaqədədir."

Birləşmiş Millətər Təşkilatının Sudanda İnteqrasiya Olunmuş Keçidə Yardım Missiyası inklüziv dialoqa yol açmaq üçün hazırda mövcud vasitəçilik səyləri ilə aktiv şəkildə koordinasiya edir. Bu, mövcud böhranın dinc həllinə aparan yeganə yoldur."

Birləşmiş Ştatlar bazar ertəsi baş verən çevrilişin bütün hərbi liderlərini dinc etirazçılara qarşı "hər hansı və bütün zorakılıqlardan" yayınmağa çağırıb.

Sudanın ordu liderlərinə bu çağırışı müxbirlərlə adının açıqlanmaması şərtilə danışan ABŞ Dövlət Departamentinin rəsmisi edib.

Rəsmi deyib ki, şənbə günü "ordunun real niyyətlərinin nə olduğu" görünəcək. Sudan Həkimləri Komitəsinin məlumatına görə, təhlükəsizlik qüvvələri etirazlar zamanı azı doqquz nəfəri atəş açaraq öldürüb, azı 170 nəfəri yaralayıb.

Reuters xəbər verir ki, bəzi sakinlər şənbə günü keçirilən etirazlarda geniş miqyaslı təqiblərin olacağından narahatdırlar.

"Dinc etirazçılara qarşı atəşli silahla müqavimət göstərilməsinə dözmək olmaz," Xartumda Haitam Məhəmməd bildirib. "Bu bizi geri addım atmağa vadar etməyəcək, bu yalnızca bizim qətiyyətimizi gücləndirəcək."

Ordunun hakimiyyəti ələ keçirməsi ordu ilə mülki liderlər arasında Sudanın demokratiyaya keçidi ilə bağlı gərginliklərin artmasından bir neçə həftə sonraya təsadüf edib. Çevriliş ordu uzun zaman hakimiyyətdə olan avtoritar lideri Ömər Əl-Bəşiri devirəndən sonra 2019-cu ildə baş verən vətəndaş üsyanından bəri yavaş-yavaş irəliləyən demokratiyaya keçid prosesinə maneə törədə bilər.

Sudanın ordu lideri general Əbdel Fəttah Burhan çərşənbə axşamı deyib ki, ordunun ölkənin keçid hökmətini devirməsi vətəndaş müaribəsinin qarşısının alınması üçün zəruri idi.

Quttereş cümə günü bəyanatında deyib ki, "Mən bütün orduni təmkin göstərməyə və əlavə qurbanlar yaratmamağa çağırıram. İnsanların dinc nümayiş keçirmələrinə icazə verilməlidir. Bu, zəruridir."


Etiketlər:  Sudanda insanlar yürüş keçirərək mülki hakimiyyətin bərpasını tələb edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ