Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2021 00:02
Futbol üzrə Polşa çempionatında 13-cü turun oyunları keçirilib. Sonxeber.net matc.az-a istinadən bildirir ki, azərbaycanlı hücumçu Mahir Emrelinin formasını geyindiyi "Legiya" da növbəti matçına çıxıb.
Sözügedən kollektiv doğma meydanda "Poqon"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:2. Bu, Varşava təmsilçisinin ölkə çempionatında ardıcıl beşinci məğlubiyyətidir.
Mahir də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan millimizin hücumçusu 61-ci dəqiqədə əvəzlənib.
13 turdan sonra 9 xalı olan "Legiya" 18 komanda arasında 16-cı pillədə qərarlaşıb. Bu komandanın ehtiyatda əvvəlki turlardan təxirə salınmış iki oyunu da var.