Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Minik, yoxsa yük maşını? - Təhlükə yaradan sürücü - VİDEO

Minik, yoxsa yük maşını? -  Təhlükə yaradan sürücü - VİDEO

Tarix: 1 Noyabr 2021 14:50

Sürücü minik avtomobilinin üzərində daşıdığı yük ilə yolda olan digər sürücülər üçün təhlükəli vəziyyət yaradıb. Təsəvvür edin, avtomobilin üzərində daşınan yüklər yəni armaturlar o qədər uzun olub ki,sürücü həmin armaturları maşının üzərində yolun asfalt hissəsinə sürtə-sürtə aparıb. Qaydaları pozan həmin sürücünü hansı cəza  gözləyir ?

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, minik avtomobilinin üzərində təxminən 8-10 metr uzunluğunda olan metal yükü daşıyır.Arxada hərəkətdə olan avtomobilin sürücüsü isə bu təhlükəni nəzərə alıb ara məsafəsi saxlayaraq hərəkət edir...

50 DU 695 dövlət qeydiyyat nişanı olan minik avtomobilinin sürücüsünün pozduğu bu qayda pozuntusu Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Çinartala kəndindən keçən hissəsində qeydə alınıb.Videonu isə arxada hərəkət edən minik avtomobilinin sürücüsü mobil telefonla qeydə alaraq ''Xəzər Xəbər'' in votsap nömrəsinə göndərib.

Avtomobillərin daha çox istifadə etdiyi  bu yolda sürücünün bu hərəkəti təhlükəli vəziyyət yaradıb.Həmin sürücü avtomobilin üzərində uzunluğu təxminən 8-10 metr ölçüdə olan artmaturları asfalat yolun üzərinə sürtə-sürtə aparır.Görüntülərdən də aydın görünür ki,həmin armaturlar  hər an yolun hərəkət hissəsinə dağıla və digər sürücülər üçün təhlükəli vəziyyət yarada bilər.

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki,sürücü bu vəziyyətdə yük daşıma qaydalarını kobud şəkildə pozaraq təhlükəli vəziyyət yaradıb.

Qeyd edək ki, bu formada yük daşımayan sürücülər 40 manat cərimə olunurlar..

Milli.Az


Etiketlər:  Minik yoxsa yük maşını Təhlükə yaradan sürücü VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ