Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha bir şəhidin xatirəsi əbədiləşdirildi - VİDEO

Daha bir şəhidin xatirəsi əbədiləşdirildi - VİDEO

Tarix: 1 Noyabr 2021 15:36

Nazim Zahirovun adına şəhid bulağı inşa edilib

Sonxeber.net RealTV-yə istinadən xəbər verir ki, 30 ilik həsrətin ardından 44 gündə tarixi bir zəfərə imza atan Azərbaycan xalqı igid qəhraman balalarını daima xatırlayır. Qazanılan qələbənin ruhunda vətən sevgisi olan oğulların hünəri sayəsində olduğunu bir an olsun unutmur və onların ruhuna ehtiramla yanaşıraq xatirələrini əbədiləşdirir

Bu oğullardan bir də Vətən müharibəsi şəhidi Zahirov Nazim Həmzə oğludur. Min illər boyunca yaddaşlara daimi olaraq hək olunan Nazimin xatirəsi yaşadığı, böyüdüyü və buradan da vətən keşiyinə yollandığı Bakıxanov qəsəbəsində əbədiləşdirildi.
Bulağın ətrafına toplaşan ailə üzvləri, millət vəkilləri, ictimaiət nümayəndələri, şəhid anaları və digərləri dövlət himnini dinləyərək, Nazimin timsalında bütün şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdilər.

Çıxış edənlər sanki Nazimin qəhramanlığını, vətənə sevgisini nəzmə çəkir, igidliyindən qürurla bəhs edirdilər. Müharibənin acısını dadan vətənin Nazim kimi balaların cəsurət dastanları ilə böyüyən körpələrin əmanətində olduğunu vurğuladılar, Nazimin təhsil aldığı məktəbin şagirdləri şerlər söylədi

Nazim Zahirov 25 iyun 2001-ci ildə Bakıda doğulub. Orta təhsilini aldıqdan sonra Azərbaycan Dövlət Dəmir Yolu Liseyinə daxil olub. 2019 cu ildə liseyi bitirərək hərbi xidmətə yollanır Goranboyda xidməti vəzifəsini yerinə yetirir. Gedəcəyi ünvanın son mənzilinin şəhadət olduğunu bilərək Xarı bülbülün , itirilən torpaqların haqqını almaq üçün könüllü oraraq kəşviyyat qrupuna qoşularaq Vətən müharibəsinin ilk günündən döyüşlərə atılır.

Ömrü tər çiçəklər qədər qısa lakin şərəfli olan Nazim 1 oktyabrda Talış-Suqovuşan istiqamətində gedən döyüşlərində qəhrəmancasına şəhid olur.

Nazim Zahirov şəhadətindən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


Etiketlər:  Daha şəhidin xatirəsi əbədiləşdirildi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ