Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Merilin Monro olan Madonna tənqid edildi

Merilin Monro olan Madonna tənqid edildi

Tarix: 1 Noyabr 2021 16:40

Əfsanəvi ulduz Merilin Monronun 1962-ci ildə ölümünü canlandıran Madonna fotoşəkillərə görə tənqid edilib.

Belə ki, 63 yaşlı müğənni "V" jurnalının yeni sayı üçün fotoqraf Stiven Klein qarşısında pozalar verib. Sözügedən pozalar Monronun 36 yaşında gözlənilmədən ölümündən altı həftə əvvəl Bert Stern tərəfindən çəkilmiş fotoşəkillərdən ilhamlanıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, bir fotoda müğənni döşəkdə üzü üstə uzanmış vəziyyətdə, digərində isə şkafın üstündə reseptlə satılan bir neçə dərman olduğu görünür.

Bununla da, onlar Monronun narkotik həblərindən artıq istifadə etdiyi üçün öldüyünü işarə etmiş olub.  

Maddonanın pozları və mesajlar sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilib. 

Milli.Az


Etiketlər:  Merilin Monro olan Madonna tənqid edildi


RƏYLƏR