Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bavariya"nın futbolçusu Fransa klubunda

Tarix: 23 Avqust 2019 14:48

"Bavariya"nın yarımmüdafiəçisi Renatu Sanşeş Fransanın "Lill" klubuna keçir.

Qol.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu tibbi müayinədən keçmək üçün Fransaya yollanıb. Portuqaliya millisinin üzvü ilə 5 illik müqavilə imzalanacağı bildirilir.

Qeyd edək ki, Münhen klubu Sanşeşi 2016-cı ildə "Benfika"dan transfer etmişdi.

 


Etiketlər:  Bavariyanın futbolçusu Fransa klubunda


RƏYLƏR