Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2021 18:44
Dünya astronomları Yerlə toqquşa biləcək hər bir kosmik cismi izləməyə çalışırlar. Onların əksəriyyəti kiçikdir və təhlükə yaratmır, lakin kosmosda başqa bir obyektin diqqətdən kənarda qalması ehtimalı həmişə var. Bu yaxınlarda onlardan biri planetimizə yaxınlaşdıqdan sonra aşkarlanıb.
Sonxeber.net xəbər verir ki, bu barədə "Report" yazıb.
Alimlərin narahatlığı meteoroitin ölçüsünə görə deyil, gözlənilmədən ortaya çıxmasına görə yaranıb - problem ondadır ki, o, Günəş istiqamətindən gəlib və astronavtlar onun orada olduğunu belə, bilməyiblər. "2021 UA1" adlanan obyekt Yerdən təxminən 3 000 km məsafədən keçib. O, Antarktida üzərində uçub.
Qeyd edək ki, 3 000 km olduqca yaxındır: Beynəlxalq Kosmik Stansiyanın orbitindən çox yüksək (təxminən 400 km), lakin geostasionar orbitdəki rabitə peyklərindən daha yaxındır (təxminən 36 min km). Astronom Toni Dannın fikrincə, meteoroitin Günəş istiqamətindən uçması maraqlıdır, o, buna görə də yaxınlaşma anına qədər görünməz qalıb.
Qeyd edək ki, bundan əvvəl ötən ilin avqustunda "2020 QG" meteoriti Yerdən 2 950 km, 2020-ci ilin noyabrında isə "2020 VT4" adlı obyekt cəmi 370 km yüksəklikdən keçib.