Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2021 20:44
Türkiyədə boşanma ilə bağlı məhkəmədə qəribə iddialar gündəmə gəlib.
Sonxeber.net Türkiyə mediasına istinadən xəbər verir ki, qayınana boşanmaq üzrə olan oğlu ilə gəlininin yaxınlıq edib-etmədiyini bilmək üçün onları gizlicə izləyib. Bu barədə adı açıqlanmayan gəlin iddia irəli sürüb. Lakin məhkəmə ana üçün heç bir cəza tətbiq etməyib. Hakimin qərarına görə, ailənin bütövlüyünü qoruya bilmədiyinə görə, ana yox oğul məsuliyyət daşıyır.
Bildirilir ki, ər və arvad arasında olan narazılıq onların bir-birilərinə qarşı boşanma iddiası qaldırmasına səbəb olub. Hələlik hakim onlar barəsində yekun qərarını açıqlamayıb.