Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda yanacağın qiyməti yenidən bahalaşıb

Gürcüstanda yanacağın qiyməti yenidən bahalaşıb

Tarix: 1 Noyabr 2021 23:02

Gürcüstanda son günlər bütün yanacaq növlərinin qiymətlərində artım qeydə alınıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hazırda Gürcüstanda bəzi yanacaqdoldurma məntəqələrində benzinin qiyməti növündən asılı olaraq 2,94 laridən 3,17 lariyədək dəyişir.

On gün bundan əvvəl "Regular 92" markalı benzinin orta qiyməti 2,82 lari olub. Bu gün isə bu növ benzin 2,94 lariyə satılır. "Super" markalı benzin isə əvvəllər 3,10 lariyə təklif edildiyi halda indi avtomobil sahiblərinə 3,17 lariyə satılır.

Ölkədə maye qazın (LPG) qiyməti də artıb. Əvvəlcə 1,9 lariyə satılan LPG indi 2 lariyə bərabərdir.

Bəzi məlumatlara görə, ölkədə yanacağın qiymətinin artımı milli valyuta - GEL-in dollara nisbətdə ucuzlaşması və beynəlxalq bazarlarda benzinin qiymətinin bahalaşması ilə əlaqələndirilir.

Ekspertlərin fikrincə ölkədə gündəlik tələbat mallarının, təbii qazın və elektrik enerjisinin qiymətinin də bahalaşacağı gözlənilir.

Milli.Az


Etiketlər:  Gürcüstanda yanacağın qiyməti yenidən bahalaşıb


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR