Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bədəndəki ən böyük hüceyrə qadın yumurtasıdır… İnsan bədəni haqqında inanılmaz gerçəklər!

Bədəndəki ən böyük hüceyrə qadın yumurtasıdır… İnsan bədəni haqqında inanılmaz gerçəklər!

Tarix: 2 Noyabr 2021 07:12

İlk baxışdan sadə görünən və bəzən nə qədər möcüzəvi xüsusiyyətlərə malik olduğu haqqında düşünmədiyimiz insan bədəninin potensialı bitib-tükənməzdir.

Life Fitness Akademiyasının mütəxəssisi Bünyamin Aysoy insan bədəninə dair bəzi inanılmaz gerçəkləri açıqlayıb. Habertürk.com saytında dərc olunan bu yazıda bununla bağlı olduqca heyrətamiz faktlar yer alır. Belə ki...

- Normal insan bədənində mövcud olan elektrik 25 Watt-lıq bir lampanı dəqiqələr boyu yandırma gücünə malikdir.

- Parmaq izləri bənzərsiz və təkrarolunmaz olduğu kimi, hər kəs də bənzərsiz və analoqsuz bir dil izinə  sahibdir.

- Yetkin insanlarda körpə uşaqdan daha az sümük vardır. İnsan doğulduqda təxminən 270 sümüyü olur, ancaq inkişaf müddəti ərzində sümüklər əriyib bir-birinə qarışır və yetkin yaşa çatdıqda bədəndə sadəcə 206 sümük qalır.

- Bədəninizin hər kvadrat santimetrinə düşən tük sayı şimpanzenin tük sayı ilə eynidir. Xoşbəxtlikdən insanların tükləri daha açıq rənglidir və çox insanlarda əhəmiyyətli hissəsi görünmür.

- Mədənin selikli qişasının xarici təbəqəsinin ömrü çox qısa olduğu üçün onun 3-4 gündən bir yeniləndiyini bilirdinizmi? Əgər yenilənməsəydi, mədənizə düşən qidaları həzm etmək üçün istifadə edilən güclü turşular eyni zamanda mədəyə də zərər verəcəkdi.

- Qulaq çirki qulağın sağlamlığı üçün lazımlıdır. Bir çox insan bundan xoşlanmasa da, qulaq çirki qulağın müdafiə sisteminin çox önəmli bir parçasıdır. Daxili qulağı bakteriyalardan, göbələklərdən, çirkdən və həşəratlardan qoruyur. Həmçinin içini yağlayır və təmizləyir.

- Qadınlar anadangəlmə kişilərdən daha yaxşı dad bilir. Araşdırmalar qadınların iyləri ayırd etməkdə də kişilərdən daha yaxşı olduğunu göstərib. Xüsusilə sitrus meyvələri, vanil, darçın və qəhvə iylərini qadınlar daha yaxşı bilir.

- Burnumuz itlərinki qədər həssas deyil, ancaq 50 min fərqli iyi xatırlaya bilir.

- Elm adamlarının fikrincə, insanın IQ səviyyəsi yüksəldikcə o, daha çox yuxu görməyə başlayır. Bu doğru ola bilər, ancaq ayıldıqdan sonra yuxularınızı xatırlamırsınızsa, özünüzü pis hiss etməyin.

Bir çoxları gecə gördüyü yuxuların böyük bir qismini xatırlamır və bu yuxular ən çox 2-3 saniyə davam edir.

- İnsan bədənində dərinin hər kvadrat santimetrində təxminən 32 milyon bakteriya yaşayır. Bunların böyük əksəriyyəti zərərsizdir.

- Sarışınlar daha çox saça sahibdirlər. Saç rəngi saçımızın ne qədər çox olduğunu müəyyən etməyimizə yardımçı olur. Buna görə də sarışınlar ən üst cərgədə yer alır.

Bir insanda orta hesabla 100 min saç qılı olduğu halda, sarışınlarda bu say orta hesabla 146 min təşkil edir. Qara saçlılarda təxminən 110 min, qəhvəyi rəngli saçlılarda 100 min, qızılı saçlı insanlarda isə saç qılı daha az - təxminən 86 minə qədərdir.

- İnsan bədənindəki ən böyük hüceyrə qadının yumurtasıdır. Ən kiçik hüceyrə isə sperma hüceyrəsidir.

Normal halda hüceyrələr görülə bilməyəcək qədər kiçikdir, ancaq bir yumurta hüceyrəsi 1mm-lik diametri ilə açıq gözlə görülə bilər. Sperm hüceyrəsi isə bir hüceyrə toxumasından biraz böyükdür, ancaq yenə də çox kiçik hüceyrədir.

- Öz-özünüzü qıdıqlamanız mümkün deyil. Ən çox qıdıqlanan insanlar belə özlərini qıdıqlama qabiliyyətinə sahib deyil. Bunun səbəbi beyninizin parmaqlarınızın hərəkətini idarə edərkən qıdıqlama istəyini təxmin etməsidir. Beyniniz qıdıqlamanın hardan gələcəyini bildiyi üçün başqası qıdıqladığı zaman verdiyi reaksiyanı vermir.

- Həftələrlə heç nə yeməsəniz, ölməzsiniz, lakin yuxusuz qalsanız, 11 gündən sonra yuxusuzluğa dözə bilməz və sonsuza qədər yuxuya gedərsiniz.


Etiketlər:  Bədəndəki böyük hüceyrə qadın yumurtasıdır İnsan bədəni haqqında inanılmaz gerçəklər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ