Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2021 09:50
Ermənistan (Hayastan) Bloku mitinqlə bağlı qərarını dəqiqləşdirib.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, blok sosial şəbəkə hesabında Azadlıq meydanında 9 noyabrda mitinq keçirəcəyini elan edib.
Bundan öncə Ermənistan Blokunun rəhbəri, keçmiş prezident Robert Köçəryan küçə mübarizəsinə başlayacaqlarını elan etmişdi. Ancaq bu "mübarizəyə" erməni xalqının aktiv dəstək verəcəyinə inanmadığını da dolayısı ilə bildirmişdi. Onun sözlərinə görə, bundan ötrü xalqı mübarizəyə inandırmaq lazımdır.
Qeyd edək ki, 9 (10) noyabrda Ermənistanın kapitulyasiya bəyanatını imzaladığı günün bir ili tamam olur.