Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2021 14:05
Mərhum müğənni Vidadi Bərdəlinin qızı, müğənni Aytac Vidadızı əməliyyat olunub.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, ifaçı bildirib ki, buna səbəb, artıq çəkilərdən azad olmaq istəyidir:
"Artıq çəkimdən azad olmaq üçün estetik əməliyyata qərar verdim. Qarşınıza lap yeni Aytac gələcək. Sizə çox sürprizlərim olacaq. Əzizlərim, çalışın, sevdiklərinizə yaxşı sarılın, diqqətli davranın sizə həqiqətən dəyər verənləri sevin, nə qədər dəyərli olduğunuzu hiss edin. Bu gücü və dəstəyi canım ailəmdən aldım. Allah bizi ayırmasın Amin. Dualarınızı əsirgəməyin".