Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2021 17:30
Son günlər sosial şəbəkələrdə "Malvina" uşaq bağçasının adından paylaşılan şəkil sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İnsanlar həmin şəkli tənqid edib və uşaqlara şiddət aşıladığını deyiblər.
Sonxeber.net lent.az-a istinadən xəbər verir ki, bu haqda "Malvina" uşaq bağçasının rəhbərləyindən lent.az-a bildirilib ki, həmin şəkil onların bağçasında çəkilməyib:
"Həmin şəkil 6 il əvvələ aiddir və bizim bağçamızda çəkilməyib. Hansısa bir evdə çəkilən şəkli bizim adımızdan yayımlayırlar. Biz 6 il əvvəl bununla bağlı televiziyalara da açıqlama vermişik. Heç o dövrdə mən bağçada müdir deyildim. Araşdırmaq lazımdır ki, görəsən, kimdi bizə qara yaxmaq istəyən. "Halloween" 6 ildi bizim müəssisəmizdə qeyd olunmur".
Qeyd edək ki, bəhs edilən şəkil 31 oktyabrda qeyd edilən sözügedən bayramdan sonra üzə çıxıb.