Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

9 yaşlı Pərvanə 55 yaşlı Qurbana ərə verilib - 2 min dollar qarşılığında - VİDEO

9 yaşlı Pərvanə 55 yaşlı Qurbana ərə verilib - 2 min dollar qarşılığında - VİDEO

Tarix: 2 Noyabr 2021 19:48

İqtisadi böhran səbəbindən çətin günlər yaşayan Əfqanıstanda işçilərə gündəlik maaş kimi gündəlik ərzaq məhsulları verilir. Artıq ailələrin dolanışığını təmin etmək üçün uşaqlarını pul qarşılığında evləndirməyə başladığı faktları da yayılıb. Sonxeber.net xəbər verir ki, 9 yaşlı Pərvanə Malik ailəsi tərəfindən 2200 dollara (20 min TL) 55 yaşlı kişiyə ərə verilən uşaqlardan sadəcə biridir.

Pərvanə Malik CNN-ə deyib: "Qorxuram ki, bu ağ qaşlı və saqqallı qoca məni öz evində işləməyə məcbur edəcək". Ailəsi isə çox ağır maddi vəziyyətə düşdüklərini, ona görə də başqa çarələrinin olmadığını iddia ediblər.

Pərvanə 4 il ərzində Badqis əyalətindəki düşərgədə humanitar yardımla sağ qalmağı bacarıb. "Taliban" hakimiyyətə gəldikdən sonra ölkəyə beynəlxalq yardımların dayandırılıb.

Pərvanə ilə pulla evlənmək istəyən Qurbanın 55 yaşı var. Ailəyə 2200 dollar pul və qoyun verən Qurban Pərvanənin ona satışını nikah kimi müəyyənləşdirmədiyini, evli olduğunu və Pərvanəyə övladlarından biri kimi baxacağını iddia edib.

Anar Əli


Etiketlər:  yaşlı Pərvanə yaşlı Qurbana ərə verilib dollar qarşılığında VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ