Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu günün işini sabaha saxlama

Bu günün işini sabaha saxlama

Tarix: 2 Noyabr 2021 22:40

Nəfsin islah və tərbiyə edilməsi heç bir zaman gec deyildir. Bu məsələni sabaha saxlamaq məsləhət deyildir.

İnsan bu günün işini necə sabaha saxlaya bilər ki, sabahına görə heç bir ümidi yoxdur. Cavanlıqda islah olmaq qoca vaxtı islah olmaqdan daha asandır. O cavan ki, Allaha daha yaxındır, bir qocadan daha müvəffəq sayılır. Əgər cavan şeytani istəklərindən qafil olarsa, ömründən keçən hər gün daha dərin köklər salar.

İmam Əli (ə) buyurur: "O kəs ki, zamınında olan fürsəti təxirə salarsa, əmin olsun ki, onu əldən vermişdir". İşi təxirə salmaq həyatımızın arzularını və planlarını da havaya sovurur. Yerində məğlubiyyətdən başqa bir şey qalmır. Ona görə də İmam Baqir (ə) buyurur: "Zinhar, bu günün işini sabaha saxlamaqdan. Çünki bu iş elə bir dənizdir ki, kişilər orada məhv olarlar".

Başqa bir tərəfdən isə hər günün özünə məxsus işi vardır. İmam Əli (ə) buyurur: "Hər günün işini elə həmin gün yerinə yetir. Çünki hər günün özünə məxsus işi vardır". Ona görə də bu günün işini təxirə salaraq, əslində bu günü məhv etmiş olarsınız, çünki bu gün bir də qayıtmayacaqdır. Bu gün, sabah demək özü bir xəstəlikdir ki, gizli və aşkar şəkildə bir çox insanlarda görünür.

Təkəbbür və qəflət

Təkəbbür - bütün bədbəxtliklərin anasıdır. Təkəbbür - yəni yolunu azmaq. Təkəbbürlü insan o insana deyilir ki, yolunu azmış və aldanmışdır.

Dünyanın, elmin, əməlin yolunda azmışdır. İnsanı yolundan azdıra bilən amillərdən biri də sərvətdir. "O insan ki, özünü ehtiyacsız hesab edər, tüğyan edər". ("Ələq" 7). Bu insanlar qafildirlər ki, onlardan da əvvəl qüdrət və sərvət sahibi olan bir çoxları olmuşdur ki, topladıqları şey onlara xeyir gətirməmişdi. İnsanın nə qədər qüdrəti və sərvəti olsa da İlahi əzabı özündən uzaqlaşdıra bilməz.

İmam Əli (ə) bu haqda belə buyurur: "Yaxşı deyildir ki, bəndə iki xüsusiyyətinə ümid bəsləsin: sağlamlığına və qüdrətinə. Onu sağlam gördüyün yerdə qəflətən xəstələnər, qüdrətli gördüyün halda isə qəflətən dərviş olar".


Etiketlər:  günün işini sabaha saxlama


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ