Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyənin dünya şöhrətli moda və film ulduzu, aparıcı... - Azərbaycan əsilli gözəl

Türkiyənin dünya şöhrətli moda və film ulduzu, aparıcı... - Azərbaycan əsilli gözəl

Tarix: 3 Noyabr 2021 02:18

Tək yaşadığı ölkədə deyil, dünyada məşhur olan azərbaycanlıların bir çoxunu tanımırıq. 

Milli.Az xəbər verir ki, qaynarinfo müxtəlif sahədə məşhurluq qazanan azərbaycanlılar haqqında məlumatı təqdim edir. Onlardan biri məşhur model, aktirisa, sevilən ekran siması olan Çağla Şikeldir.

Həyatı və təhsili

Hazırda aktrisa, model və aparıcı kimi fəaliyyət göstərən Çağla Şikel 2 yanvar 1979-cu ildə İstanbulda qarslı bir azərbaycanlının ailəsində dünyaya gəlib. Anası adanalı olduğundan o ərazilərdə o qədər də yaşamayıblar. Sənətçi hazırda türk kino və serial biznesinin uğurlu simalarından sayılır.

Çağla Şikel 1993-1996-cı illərdə Memar Sinan Universiteteti Dövlət Konservatoriyası nəzdində orta məktəbi bitirib. O, elə eyni universitet də ali təhsil alaraq, 1999-cu ildə məzun olub. 
Çala Şikel tanınmış türk pop ulduzu Əmrə Altuğla 4 illik münasibətdən sonra 10 avqust 2008-ci ildə evlənib.
İki oğlanları olan sənətçilər bu evliliyi 2015-ci ilin 12 yanvarında bitirib.
İlk səhnə həyatı

O, ilk dəfə tamaşaçı qarşısına 1996-cı ildə "Odessia" adlı filmlə çıxıb. 1997-ci ildə "Miss Turkey" gözəllik müsabiqəsinin birincisi olub. Daha sonra Seyşel adalarında keçirilən "Miss World 97" gözəllik müsabiqəsində dünya dördüncüsü seçilib. "Avropa Gözəli" (Europe's Queen of Beauty) mükafatına layiq görülüb.  

Modellik və aparıcılıq fəaliyyəti 

Bu günə qədər model kimi dəfəalliyyət göstərən Çağla Şikel həm də Fransa, ABŞ, Almanya, Rusiya, Yunanıstan, İsveçrə, Misirdə moda gecələrində iştirak edib.  Çağla Şikel türk kanallarında şou proqramları aparıcısı kimi də fəaliyyət göstərir. O, müxtəlif illərdə "Ailə boyu", "Şəhərlər yarışır", "Hər şey daxil"  və s. kimi proqramların aparıcısı olub. Onu insanlara daha çox tanıdan və sevdirən işi isə "Cənnət məhəlləsi" serialında çəkildiyi rolu olub.

Milli.Az


Etiketlər:  Türkiyənin dünya şöhrətli moda film ulduzu aparıcı Azərbaycan əsilli gözəl


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ